Cümə, 30 Oktyabr 2026 12:56:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Vyetnam ilə Azərbaycan əməkdaşlığı daim inkişafdadır

11.05.2025 15:08 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Azərbaycan dünyanın əksər ölkələri ilə daim sıx əlaqədə olmuş və əməkdaşlıq şəraitində yaşamışdır. Bu əlaqələrin bəzilərinin əsası çoxdan qoyulmuşdur və bu gün də inkişaf edir. Belə ölkələrdən biri də zəngin mədəniyyəti, tarixi ilə seçilən Vyetnamdır. Artıq yarım əsrdən çox bir müddətdir ki, Azərbaycan bu ölkə ilə dostluq münasibətindədir.

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin   Azərbaycana səfəri və   Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Vyetnama səfəri Azərbaycan-Vyetnam əlaqələrinin heç də yeni olmadığını təsdiqləyir.

Respublikamız Vyetnam ilə əksər mühüm istiqamətlərdə, o cümlədən, mədəniyyət, humanitar, təhsil sahəsində də əməkdaşlıq edir. Sovet dövründə Azərbaycanda  5 minə yaxın  vyetnamlı tələbə təhsil almış və daha sonra vətənlərinə qayıdaraq məsul vəzifələrdə çalışmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu əlaqələr daha da genişlənmişdir. 2015-ci ildə Birinci Azərbaycan-Vyetnam Bisnes forumu keçirilmişdir. Hanoyda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilmişdir.

Heydər Əliyev Fondu Vyetnamda davamlı surətdə müxtəlif layihələr həyata keçirir. 2018-ci ildə  Fond tərəfindən Ha Giang əyalətində ibtidai məktəb tikintisi vyetnam xalqına qarşı olan dostluq münasibətinin göstəricisidir.

İlham Əliyev cənablarının qeyd etdiyi kimi əlaqələrin möhkəmləndirilməsinin ən perspektivli istiqamətlərdən biri olan turizmin  inkişafı isə iki ölkə vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına  gətirib çıxaracaqlır.

2025- ci il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vyetnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı deyilənlər Vyetnam ilə Azərbaycan əməkdaşlığının daim inkişafda olduğunu bir daha təsdiqlədi. Müsahibə zamanı rəhbərimiz dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iki dövlət arasında münasibətlərdə yeni səhifə açdığını vurğuladı. Belə görüşlər xalqlar arasında olan münasibətlərin möhkəmlənməsinə böyük zəmin yaradır. Əminliklə demək olar ki, bu əlaqələr uzunmüddətli olacaq və gələcəkdə daha geniş vüsət alacaqdır.

 

Səadət Seyidova

 Suraxanı rayonu, S.Abdullayev adına 290 №-li tam orta məktəbin müəllimi

 

↑