Cümə, 30 Oktyabr 2026 10:48:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Tanrının sevdiyi insan

15.04.2025 09:13 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bəşəriyyət özünü dərk edəndən həyatın və ölümün mənasını anlamağa çalışır, xoşbəxtliyin nə olduğunu dərk etməyə can atır. Müdriklərin qənaəti bundan ibarətdir ki, insanın xoşbəxtliyi etdiyi yaxşılıqlar qədərdir, insanın yaşla ölçülən ömrü quru bir statistikadır. İnsanın əsl   ömrü xatırlandığı qədərdir. İnsan dünyasını dəyişəndə ölmür, insan unudulanda ölür. Unudulmayan insanlar sağlığında öz əməlləri ilə ölməzlik qazananlardır. Öz mənəvi ucalığı ilə cəmiyyətə nümunə olanlardır!

Özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan Oftalmologiya məktəbinin yaradıcılarından biri akademik Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşayan haqqı verdiyi seçilmişlərdəndir.

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

Fövqəladə ağlı, istedadı, biliyi və çalışqanlığı sayəsində öz adını Azərbaycanın səhiyyə və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırmış professor Əziz Əliyevin çevrəsində və ailəsində həmişə yüksək mədəni, intellektual, mənəvi mühit olmuşdur.  Yəqin ki, professor Əziz Əliyevin övladlarının gələcəkdə ölkənin tanınmış elm və incəsənət xadimləri kimi yetişməsində bu mənəvi mühitin mühüm rolu olmuşdur. Eyni zamanda,  bu uğurların əsasında soy-kökdən gələn istedadla yanaşı, ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, məqsədyönlülük, daxili intizam və mədəniyyət dayanırdı.

Professor Zərifə Əliyevanın  həkimlik sənətini seçməsi də ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə xanım  ilə yanaşı, bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələsgərova, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın Ali və Orta ixtisas təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olmuşlar.

Zərifə xanım Əliyeva daim Azərbaycan xalqının qəlbində yaşayacaq!

Allahdan hörmətli Zərifə xanım Əliyevaya rəhmət diləyir, əziz xatirəsini ehtiramla yad edirik!

  Yusif İbrahimov

  Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə  inzibati ərazi dairəsi üzrə nümayəndəsi                                         

 

 

 

↑