Cümə, 30 Oktyabr 2026 10:47:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Yeni dünya nizamında Azərbaycanın yeri getdikcə möhkəmlənir

11.04.2025 09:35 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dünya hazırda öz tarixinin ən mürəkkəb və dəyişkən dövrlərindən birini yaşayır. Müxtəlif qitələrdə baş verən münaqişələr, iqtisadi böhranlar, enerji təhlükəsizliyi ilə bağlı problemlər və beynəlxalq təşkilatların nüfuzunun azalması yeni dünya nizamının formalaşmasını sürətləndirir. Məhz bu qlobal proseslər fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları və mövqeyi xüsusi maraq doğurur.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, yeni dünya düzəni ədalət və beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır. Onun fikrincə, bəzi güclü dövlətlərin öz maraqlarını beynəlxalq hüquqdan üstün tutması yeni münaqişələrə, siyasi qarşıdurmalara səbəb olur. Bu baxımdan Azərbaycan Prezidentinin fikirləri mühüm çağırış kimi səslənir:“Yeni dünya nizamı yaranır. Bu nizam mütləq beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.”

Azərbaycan öz müstəqillik tarixi ərzində bu prinsiplərə sadiq qalaraq 30 ilə yaxın davam edən işğala son qoydu və beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu fakt yeni dünya nizamının qurulmasında güc və ədalətin uzlaşmasının mümkünlüyünü göstərən real nümunə oldu.

Prezident İlham Əliyevin çıxışlarında diqqət çəkən əsas məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roludur. Hazırda ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və beynəlxalq əməkdaşlıq sahəsində böyük nailiyyətlər qazanıb. Xüsusilə Avropanın enerji təchizatında Azərbaycanın rolu getdikcə daha da artır. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Bu isə ölkəmizin yeni dünya nizamında mühüm strateji oyunçuya çevrilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin çıxışlarında diqqətəlayiq məqam odur ki, o, mövcud beynəlxalq təşkilatların fəaliyyətində islahatların zəruriliyini önə çəkir. Xüsusilə BMT Təhlükəsizlik Şurasının fəaliyyət mexanizminin yenilənməsi və daha ədalətli qərarların qəbul edilməsi zərurəti vurğulanır. İlham Əliyev hesab edir ki, bu gün dünyanın qarşılaşdığı problemlərin böyük bir hissəsi beynəlxalq təşkilatların passivliyi və təsirsizliyindən qaynaqlanır.

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda çıxışları müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın fəal rolunun göstəricisidir. Bu çıxışlar Azərbaycanın ədalətli mövqeyinin, sülh və sabitlik çağırışlarının və beynəlxalq hüququn üstünlüyünün təbliğatçısına çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bir müəllim kimi hər zaman dövlətimizin tutduğu siyasi mövqeyi dəstəkləyir, ölkəmizdə sülhün daim bərqərar olmasını istəiyirik. Bunun üçün üzərimizə düşən bütün  məsuliyyətin öhdəsindən layiqincə gəlməyə  çalışırıq.

Yeni dünya nizamında Azərbaycanın yeri getdikcə möhkəmlənir. Prezident İlham Əliyevin qlobal çağırışlara verdiyi cavablar isə həm dövlətimizin milli maraqlarını qoruyur, həm də beynəlxalq səviyyədə nüfuzunu artırır.

 

 Pakizə Maqsudova

  Suraxanı rayonu, 327 №li tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi

↑