Cümə, 30 Oktyabr 2026 09:48:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Yeni Dünya Nizamında Azərbaycanın Yeri Prezident İlham Əliyevin baxışı ilə

11.04.2025 09:21 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” forumu zamanı Prezident İlham Əliyev Azərbaycan dövlətinin keçmişdə yaşadığı hadisələri, hazırkı reallıqları və gələcək hədəflərini aydın şəkildə ortaya qoymuşdur. O, çıxışında Azərbaycanın 30 ildən artıq işğal altında qalan ərazilərini necə azad etdiyini, bu prosesdə beynəlxalq ədalətsizliyə rəğmən öz gücünə arxalanaraq necə tarixi zəfərə imza atdığını xatırlatdı. İlham Əliyev bildirdi ki, Azərbaycan bu gün regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə müharibə aparmış və 2020-ci ildəki Zəfərlə öz suverenliyini bərpa etmişdir. O qeyd etdi ki, bu gün Xankəndidə olmaq artıq reallıqdır, halbuki bir neçə il öncə bu, əlçatmaz görünürdü. Prezident bildirdi ki, biz intiqamla deyil, ədalətlə irəliləmişik və bu, gələcək nəsillər üçün nümunə olacaq.

Hazırda Azərbaycan Mərkəzi Asiya və Avropa arasında mühüm körpü rolunu oynayır. İlham Əliyev vurğuladı ki, ölkəmiz coğrafi üstünlüklərindən ağıllı şəkildə istifadə edərək nəqliyyat, logistika və enerji sahəsində güclü infrastruktur qurmuşdur. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı kimi layihələr artıq fəaliyyətdədir və gələcəkdə bu layihələrin əhatə dairəsi daha da genişlənəcəkdir.
Gələcək perspektivlərə toxunan Prezident bildirdi ki, yaşıl enerji sahəsində Azərbaycan artıq konkret addımlar atır və Xəzər dənizinin dibi ilə çəkiləcək yaşıl enerji kabeli layihəsi bu istiqamətdə mühüm addımlardan biri olacaq. Bu layihə Mərkəzi Asiya ölkələrinin enerji potensialını Avropaya daşımaq üçün geniş imkanlar yaradacaq.

Ermənistanla münasibətlərə gəlincə, Prezident açıq şəkildə dedi ki, keçmişdə Ermənistan Azərbaycanın ərazilərini işğal etməklə regionun inteqrasiyasına mane olmuşdur. Hal-hazırda sülh sazişi üzərində danışıqlar davam edir və əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyarsa, gələcəkdə Cənubi Qafqaz inteqrasiya olunmuş və sabit regiona çevrilə bilər. İlham Əliyev gələcəyə ümidlə baxdığını, amma ehtiyatı da əldən vermədiyini vurğuladı: “Biz hər zaman müdafiəyə hazır olmalıyıq.”

Forum zamanı Prezident ABŞ və Avropa İttifaqı ilə münasibətlərə də toxundu. O bildirdi ki, keçmişdə bu münasibətlərdə müəyyən gərginliklər yaşansa da, hazırda tərəfdaşlığın bərpası istiqamətində müsbət irəliləyişlər müşahidə olunur. Gələcəkdə isə Tramp administrasiyası ilə münasibətlərin daha güclü və səmərəli olacağına inanır.

İlham Əliyev həmçinin Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəal rolunu qeyd etdi. Keçmişdən bu günə qədər Türk dünyasının birliyi üçün atılan addımların gələcəkdə daha böyük gücə çevriləcəyini vurğuladı. O bildirdi ki, Azərbaycan təşkilat daxilində həm rəsmi, həm də qeyri-rəsmi zirvə görüşlərinin təşəbbüskarı olmuş və əməkdaşlığın dərinləşməsinə ciddi töhfə vermişdir.
Nəticə olaraq, Prezident İlham Əliyev çıxışında keçmiş uğurlarımıza söykənərək bu günün gücünü nümayiş etdirdi və gələcəyin strateji hədəflərini göstərdi. Azərbaycan artıq regional deyil, qlobal aktor rolunu oynamağa başlamış və bu rolu gələcəkdə daha da möhkəmləndirəcəkdir.

 

 

Ülviyyə Kərəmova

 Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin tarix müəllimi

↑