Cümə, 30 Oktyabr 2026 09:47:33 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşlar üçün daha mühüm rol oynayacaq

07.04.2025 21:35 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Cənub Qaz Dəhlizi Məşvərət şurası XI dəfədir Bakıda toplaşır. Bu toplantıda Cənab Prezident İlham Əliyev çıxışı ilə bildirdi ki, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrin heç biri mümkün olmazdı.

İkinci  məqsəd özləri öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.

Uzun illər Azərbaycan etibarlı tərəfdaş olub, bunu həm xarici, həm də daxili siyasəti ilə sübut edib.

Cənab Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, ümid edirəm ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrıseçkiliyə məruz qalmayacaq.

Buradan aydın olur ki, Avropa hələ faydalı qazıntıları ilə zəngin olan ölkələrlə əməkdaşlıq etməyə, onlarla birgə bu istehsalata dəyər verməyə davam edir. Bu da təbii sərvətləri bol olan Azərbaycanın daha da söz sahibi olmasına şərait yaradır. Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Bu da təbii qaza olan tələbatı xeyli azaldacaq və həmin qazı ixraca yönəldəcəyik.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarət üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər -Komitə/Nazirlər görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

Burdan aydın görünür ki, Avropanın Azərbaycana ehtiyacı var. Azərbaycanın təbii sərvəti Avropadakı qaz ehtiyacını ödəyəcək vəziyyətdə olması, Azərbaycanla əməkdaşlığı sıxlaşdırır.  Cənab Prezident İlham Əliyevin təmkinli xarici siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında bir körpü rolunu oynayır. Bundan sonra Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşlar üçün daha mühüm rol oynayacaq.

 

Ayaz Hüseynov

Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin tarix müəllimi          

↑