Prezident İlham Əliyev cari illin 24 oktyabr tarixindən Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/”BRICS “ + formatının ilk plenar iclasında iştrak etmişdir. Prezident İlham Əliyev Beynəlxalq münasibətlərdə “Çoxtərəflilik prinsipi”, ”Uğurlu təcrübə”, “Logistika mərkəzi”, ”Şərq-Qərb və Şimal-Cənub” nəqliyyat dəhlizləri, növbəti ayda Bakıda ən böyük beynəlxalq iqlim konfransının – COP 29-un keçirilməsi haqqında, ”Prinsipal mövqe” və “İkitərəfli sülh gündəliyi” məsələsinə toxunub.
“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu 2020-2023 cü ildə Qoşulmama Hərakatına sədirlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. 4 illik sədrlik dövründə Qoşulmama Hərakatına özünün institusional inkişafında böyük addım atmışdır, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirmişdir. Hərakata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada qarşılıqlı Fəaliyyət və Ehtimal Tədbirləri üzrə Müşavirənin hazırki sədri qisimində kömək edir.”- dövlət başcısı bildirib.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastuktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq. Azərbaycan nəqliyyat sahəsində lider dövlətlərdən biridir. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik.
Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP 29 da bunun nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Otreach”/ “BIRCS” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay edəcəyi COP 29-a yönəltdi. ”Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının COP 29-ın keçirilməsi məkanı olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP 29-ın Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Göründüyü kimi, Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir. Hazırkı dövrün reallığı budur ki, Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər bir layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Azərbaycan Avropa İtifaqının 9 üzvi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir. Daim çıxışlarında “Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış isə tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk” söyləyən cənab İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır.
Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edir. Beynəlxalq Mİllətlər Təşkilatı Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına möhkəmlənməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycanın ev sahibliyi edəcəyi müxtəlif qurumlara üzv qəbul olunacağı, eyni zamanda fəxri qonaq qismində qatılacağı COP 29 bir daha bu reallıqların təqdimatına geniş imkanlar yaradacaq.
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan Şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparmasını, o cümlədən sülh, sərhədllərin delimitasiyası və demakrasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzlanması üçün danışıqları etdirmək barədə təlimat verilib.
Allahverdiyeva Yeganə
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi