Cümə axşamı, 29 Oktyabr 2026 19:39:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

25 oktyabr- Qubadlı şəhəri günüdür

24.10.2024 15:13 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Qubadlı şəhərinin erməni işğalından təmizlənməsindən 4 il ötür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 2020 – ci  il oktyabrın 25 – də Qubadlı şəhərini işğaldan azad edərək üçrəngli bayrağımızı 30 il sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

Qubadlı rayonu erməni qəsbkarları tərəfindən 1993 -cü il avqustun 31- işğal edilmişdir. Rayonun işğalı 29997 nəfər soydaşımızı öz doğma yurdlarından ayrılmaq məcburiyyətində qoymuşdur. Bununla yanaşı 94 yaşayış məntəqəsi 7278 fərdi yaşayış evi, 64 inzibati bina,148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid. 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bu vəhşiliklərə baхmayaraq, qüdrətli Azərbaycan dövləti Qubadlını geri aldı.

Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktik işlər aparılır, rayonunun bütün kəndləri, o cümlədən Qubadlı rayonu yenidən qurulur. Baş plan ən müasir normalara uyğundur, eyni zamanda, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınır.

Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir. Qubadlı rayonuna səfəri də həmin rayonda yenidənqurma işlərinin geniş vüsətlə həyata keçirildiyindən xəbər verir.

Qubadlının eləcədə digər bölgələrimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!

 

 Nuranə Hüseynova

 Suraxanı rayonu, 89 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

↑