Cümə axşamı, 29 Oktyabr 2026 18:49:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

17 oktyabr Füzuli şəhəri günüdür

17.10.2024 12:11 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Füzuli rayonu Azərbaycanın tarixi və strateji əhəmiyyətə malik bölgələrindən biridir. 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli şəhərinin və rayonunun azad edilməsi Azərbaycanın hərbi və siyasi qələbəsi kimi tarixə düşdü. Füzuli rayonu 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin şanlı Ordusunun mübarizəsi nəticəsində düşmən işğalından azad edildi. Bu qələbə Azərbaycanın hərbi qüdrətinin və strateji üstünlüyünün sübutu oldu.

Füzuli rayonu, Qarabağ dağ silsiləsinin cənub-şərqində yerləşir və İranla həmsərhəddir. Tarixi boyunca bu ərazi, müxtəlif mədəniyyətlər və xalqların qarşılıqlı təsir göstərdiyi mühüm bir mərkəz olub. Rayonun ərazisi zəngin tarixi-dini abidələrlə doludur. Şeyx Babi Yaqub türbəsi, Mirəli türbəsi və Cəlil türbəsi kimi qədim abidələr Füzuli rayonunun tarixini yaşadır.

Erməni silahlı qüvvələri 23 avqust 1993-cü ildə Füzulini işğal etmiş və bu müddət ərzində yüzlərlə insan şəhid olmuş, minlərlə insan didərgin düşmüşdür. Bu işğal zamanı rayon ciddi dağıntılara məruz qalmış, minalarla çirkləndirilmişdir. İlkin hesablamalara görə, Füzuli rayonu işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirkləndirilən ərazi hesab olunur.

Lakin 17 oktyabr 2020-ci il tarixi bu ərazinin yenidən doğuluşunu simvollaşdırdı. Ordumuzun qəhrəmanlıq mübarizəsi nəticəsində Füzuli şəhəri və rayonun digər kəndləri işğaldan azad olundu. Bu tarixi qələbə Azərbaycanın müstəqilliyinin, torpaqlarının bütövlüyünün bərpası yolunda atılan ən mühüm addımlardan biri oldu.

Prezident İlham Əliyev 2023-cü ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri haqqında” sərəncam imzalamış və bu sərəncama əsasən 17 oktyabr tarixi “Füzuli şəhəri günü” kimi müəyyən edilmişdir. Bu gün hər il ölkəmizdə vətəndaşlarımız tərəfindən böyük sevgi və fəxr hissi ilə qeyd olunur. Füzulinin azad olunması ilə bağlı çoxsaylı tədbirlər, tikinti və bərpa işləri həyata keçirilir. Rayonun infrastrukturunun yenidən qurulması və inkişafı istiqamətində davam edən layihələr “Böyük Qayıdış Proqramı” çərçivəsində həyata keçirilir.

Son illərdə Füzuli rayonunda böyük layihələr icra olunmuşdur. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu və “Ağıllı kənd” layihələri bu torpaqların yenidən həyat tapması üçün atılan mühüm addımlardan yalnız bir neçəsidir. Bu layihələr Azərbaycanın bu torpaqlara qayğısını və gələcək nəsillər üçün əhəmiyyətini göstərir.

Sonda qeyd etmək istərdim ki, 17 oktyabr tarixi hər bir azərbaycanlının yaddaşında Vətən müharibəsinin zəfər dolu bir səhifəsi olaraq qalacaq. Füzulinin azad edilməsi Azərbaycanın qələbə tarixində mühüm bir yerdə durur və bu qələbə bizim qürur mənbəyimizdir.

Pərvanə Çopsiyeva

Suraxanı rayonu, Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin İnformatika müəllimi

↑