Cümə axşamı, 29 Oktyabr 2026 18:50:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

15.10.2024 14:15 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndidə olarkən söylədiyi nitqi xüsusi maraq doğurmuşdur. Ali Baş Komandan ilk növbədə, həmin günün tarixi bir gün olduğunu bildirmişdir. Xalqı qarşısında,dövləti qarşısında verdiyi sözü xatırlamış, 20 il ərzində qarşısına qoyduğu bütün vəzifələrin yerinə yetirdiyini söyləmişdir. Prezident Azərbaycan dövlətinin dünya miqyasında tutduğu mövqeyi, siyasi arenada əldə etdiyi uğurları, güclü iqtisadi nailiyyətlərin olduğunu xatırladaraq ölkəmizin daha da inkişaf edəcəyini xalqın diqqətinə çatdırmışdır.

Biz güclü orduya malik olmağımızı, hərbi qüvvələrimizin mükəmməlliyini  44 günlük müharibə zamanı bir daha dünya səviyyəsində sübut etdik deyən İlham Əliyev həmçinin  qorxmaz, döyüşkən Azərbaycan övladlarının da rolunu qeyd  etmişdir. O, şəhidlərimizin xatirəsini yad etdiyi zaman onların ruhları qarşısında borclu olduğumuzu bildirmişdir.

Cənab prezident həmçinin Ulu Öndər Heydər Əliyevi xatırlayaraq onun dövlətçilik uğrunda, Azərbaycanın suverenliyi uğrunda gördüyü işlərdən, qarşılaşdığı çətinliklərdən danışdı. Bildirdi ki, o, atasının qoyduğu işləri davam etdirmək üçün hər zaman çalışmış, Azərbaycançılıq ideyası uğrunda hər bir kəslə, hər yerdə mübarizə aparmışdır.

Prezident Azərbaycan xalqının bu qələbəyə layiq olduğunu bildirmişdir. Azərbaycan bayrağının altında həmin torpaqlarda gəzərkən  böyük xoşbəxtlik, fərəh hissi keçirdiyini söyləmişdir : “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını dalğalandıran zaman  dediyi bu sözlər ana torpağı canlarından çox sevən cəsur oğullarımızın qəhrəmanlığına verilən ən yüksək qiymətdir.
 Vəfa  Sarıyeva

 Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini

 

↑