Cümə axşamı, 29 Oktyabr 2026 14:47:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00
Xəbər xətti

Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu

26.09.2024 13:29 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Vətən müharibəsi və suverenliyimizin tam bərpa edilməsini dünya miqyasında tarixi hadisə adlandıran Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik.
Ölkəmizin hərbi gücünün artırılmasını birinci nömrəli vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı vurğuladı ki, baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Ölkə qarşısında duran böyük vəzifələr ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsidir ki, bu vəzifənin də öhdəsindən layiqincə gəlirik. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın.
Vətən müharibəsi dövründə Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində bir yeniliyə imza atdı. İgid əsgər və zabitlərimiz “Arxada Vətəndir!” deyib hər gün irəli getdilər. Ön xətdən daim qələbə soraqları gəlirdi, hər gün yeni şəhərlərimiz, kəndlərimiz işğaldan azad olunurdu. Rəsmi İrəvanın təsdiqlədiyi statistikaya əsasən müharibədə Ermənistan tərəfindən təxminən 12 min fərari qeydə alınıb.
Azərbaycan hərbiçilərinin isə amalı düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etmək idi. Onlar Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdılar, Vətənə sədaqət nümunəsi göstərdilər. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları keçirilərkən 3200-dən çox qəhrəman övladımız şəhadət zirvəsinə ucalıb. Bütövlükdə, Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı könüllü iştirak edib.
Dövlət başçımız çox haqlı olaraq bəyan etdi ki,kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.
Vəfa Sarıyeva
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑