Cümə axşamı, 29 Oktyabr 2026 13:57:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00
Xəbər xətti

Qarabağ Universitetində tarixi çıxış

23.09.2024 13:10 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Universitet – müxtəlif ixtisas və peşə sahələrini birləşdirən bir müəssisədir. Bir xalqın mədəni mühiti nə qədər yüksək olarsa, həmin xalqın inkişaf səviyyəsi də o dərəcədə yüksək olar. Universitet mühiti hər bir dövlətin ziyalı təbəqəsinin formalaşdığı yerdir. Əgər burada lazımı şərait olarsa, orada təhsil alan gənclər də həyatlarının ən vacib dövrlərində əsil şəxsiyyət kimi formalaşarlar.Belə sağlam mühitin formalaşmasında isə dövlətin üzərinə çox vacib vəzifə düşür. Əvvəla, təhsilverənlər mənəvi cəhətdən yüksək, savad cəhətdən isə maksimum mükəmməl olmalıdırlar. Burada beynəlxalq əlaqələri də unutmaq olmaz. Universitetin diplomunun digər ölkələrdə tanınması daha bir üstünlükdür. Ali məktəb mühiti tələbəni sosial və infrastruktur cəhətdən yüksək səviyədə təmin etməlidir. Tələbəyə lazım olan elmi bilikləri əldə etmək üçün kitabxana, təcrübə aparmaq üçün avadanlıqlar çox yüksək səviyədə olmalıdır.
Bu qeyd etdiyimiz xüsusiyyətlər və bunlardan daha da əlavələri 2024-cü il sentyabr ayında fəaliyyətə başlamış olan Qarabağ Universitetində mövcuddur. Qarabağ Universitetinin fəaliyyətə başlaması yalnız pedaqoji işçilərin yox, ümumi Azərbaycan xalqının milli qürur hadisəsidir. 44 günlük vətən müharibəsində öz qanları, canları bahasına bizə azadlığımızı bəxş edən şəhidlərimizin ruhu belə inkişafa əsas verən hadisələrlə dinclik tapar, rahatlıq qazanar. Onların məqsədləri də elə bu idi. İşğaldan azad olunmuş torpaqlarımızda gələcək nəslin yüksək səviyyədə yetişməsi üçün yaradılan şərait. Vətənə əsil vətəndaş qazandırmaq. Mədəni, təhsilli, vətənsevər.
Cənab prezidentimiz İlham Əliyevin Qarabağ Universitetinin açılışı zamanı toxunduğu bir çox məsələlər diqqətimizi cəlb edir.Onlardan biri də universitetin maddi texniki bazasıdır.Bura müasir tələblərə cavab verməyi ilə seçilir.Eyni zamanda təhsil ocağının yataqxanası da diqqəti cəlb edir. Orada təkcə tələbələr yox, həm də onların valideynlərinin qalması üçün də şərait yaradılıb.
Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədris həyata keçiriləcək. Burada ilin əvvəlindən dərs demək istəyən müəllimlərin sayı günbəgün artırdı. Çünki peşəkar və həvəsləndirici mühit, rəqabətədavamlı özünüinkişaf şə¬raiti pedaqoqları Qarabağ Universitetində işləməyə sövq edirdi. Hələ ixtisas seçi¬mi başlamamış bu təhsil ocağını seçmək istəyən tələbələrin səsi ölkəmizin bütün re¬gionlarından gəlirdi.
Prezident öz çıxışında qeyd edir. “ Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var ”
Bir müəllim kimi deyə bilərəm ki,bu tarixi hadisə bizim üçün əvəzedilməz dərəcədə qürurvericidir. “Qarabağ Universiteti” bu iki kəlmə daxilində daşıdığı məna ilə bağlı o qədər ağıryüklüdür ki, insan tələffüz edərkən, səsləndirərkən belə iftixar hissi keçirdir. Gün gələcək oradan məzun olan tələbələr Azərbaycanın, dünyanın müxtəlif yerlərində aldığı yüksək səviyyəli ali təhsili layiqli şəkildə nümayiş etdirəcəklər. Bu istiqamətdə bütün tələbələrə uğurlar arzu edirik. Onların Vətənə layiq şəxsiyyət kimi formalaşacaqlarına əminik. Yaşasın azad və əbədi müstəqil Azərbaycan!

Pakizə Maqsudova
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑