Cümə axşamı, 29 Oktyabr 2026 13:56:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00
Xəbər xətti

VƏTƏNPƏRVƏRLİK RUHU

23.09.2024 12:42 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, bilikli, savadlı olsunlar. Vətən sevgisi ilə böyüsünlər.
Ali Baş Komandan İlham Əliyev

Vətən – necə də doğmadır bu söz…Hər bir insanın doğulduğu evdir, ocaqdır Vətən. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətənpərvərlik hissi körpə yaşlardan aşılanmalıdır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, xəmirimiz vətənə məhəbbət hissi ilə yoğrulmalıdır.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik hissi yüksək olan xalqın qarşısında heç bir qüvvə dura bilməz. Bu ruhda tərbiyə olunan gənclər yetişirsə demək ki, basılmaz Vətən. İkinci Qarabağ müharibəsi bunun sübutudur. Vətən adı gələndə şir ürəkli, cəsarətli oğullar düşmən üzərinə ildırım kimi şığıdılar, layiqincə cavabını verib hər çalınan qələbədən güc aldılar. Atıldılar bu cəbhədən o cəbhəyə, səngərləri yara-yara, istehkamlar qıra-qıra, son anadək, son nəfəsdə can verərək Vətən deyib şəhadətə ucaldılar….
Bizi birləşdirən, sevə-sevə haqq yolunda savaşmağa çağıran,bir millət kimi sıx birləşdirən bir sevgi var adı Vətən, ruhu Vətən, özü Vətən. Müzəffər Ordumuzun qalib gəldiyi bu müharibə əsl vətənpərvərlik meydanına çevrilmişdi. Bu müharibə igidlərimizin şücaətini, milli vətənpərvərlik ruhunun yüksək olduğunu, bayraq sevgisini, dövlətçilik ideyalarını parlaq şəkildə nümayiş etdirdi. Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, Qarabağın işğaldan azad edilməsi və yenidən nəfəs verərək dirçəldilməsi hər bir Azərbaycan vətəndaşı və gənci üçün böyük vətənpərvərlik nümunəsidir, vətənpərvərlik məktəbidir.
Bu gün məktəblərdə tədris olunan bütün fənlərdə, xüsusilə humanitar fənlərin tədrisində ən başlıca məqsəd vətənpərvərlik tərbiyəsinin aşılanmasıdır. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş igidlər, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançılar, Azərbaycanı dünyada tanıdan alim və yazıçılar şagirdlər üçün əsl vətəndaş örnəyidir. Vətəni sevmək, Azərbaycanı sevmək azərbaycançılıq hissiyatını, vətənpərvərlik tərbiyəsini özündə birləşdirmək deməkdir.Təməlində vətənpərvərlik ruhu yüksək olan bir xalqın gələcəyinin daha parlaq qələbələrindən xəbər verir.

Gülər Osmanova
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin tarix müəllimi

↑