Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik etmiş ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Həmin dövri Naxçıvan dövrü kimi adlandırıla bilər. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Milli Məclisin sədri seçildi. Həmin gündən Azərbaycan müstəqillik yolunun təməlini qoydu. Ümummilli liderin fəaliyyəti müstəqilliyimizin parlaq səhifəsini təşkil edirdi. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası çətinliklərlə üz-üzə qalmışdı. Ulu öndər Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin edildi. Heydər Əliyev 1990-cı il iyulun 22-də mövcud hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana dönməyə məcbur oldu. Ağır iqtisadi çətinlik şəraitində yaşayan naxçıvanlılıar bu böyük şəxsiyyətə özlərinin son ümidi kimi baxırdılar. Xalqla görüşü barədə Heydər Əliyev özü belə deyirdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı”. Bu məhəbbəti Ulu Öndər özü qazanmşdı. 30 sentyabr 1990-cı ildə Azərbaycan SSR deputat seçkiləri keçirilirdi və Heydər Əliyev Naxcıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı seçildi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Naxçıvanda dalğalandı. Heydər Əliyev 1992-ci il mart ayının 24-də Türkiyənin dövlət rəhbəri Süleyman Dəmirəl ilə əməkdaşlıq haqqında protokol imzaladı və Naxçıvan-Türkiyə arasında körpü salındı. Türkiyə dövləti Naxçıvana kömək üçün 100 milyon dollar kredit ayırdı.
Heydər Əliyev havanın şaxtalı günlərində elektrik enerjisi olmasa belə neft lampasının işığında işləyib Naxçıvan xalqının dahada rifahlı və sabit həyat sürmələri üçün gecə-gündüz işləyirdi. 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının konfransı keçirildi və Heydər Əliyev səsvermə yolu ilə partiyanın sədri seçildi. 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasında Prezident seçkiləri keçirildi. Heydər Əlirza oğlu Əliyev 98,8 faiz səs toplayaraq Azərbaycan Respublikasının prezidenti seçildi. 10 oktyabrda Respublika Sarayında Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi.
Azərbaycan dövlətini dağılmaq və parçalanmaqdan xilas edən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan əsaslı islahatlar və uğurlu siyasət qısa zaman ərzində özünü göstərdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali baş Komandanı İlham Əliyev cənabları uğurla davam etdirir. Azərbaycanın gələcəyi dahada işıqlı və firavan görünür çünki, Azərbaycanın idarəçilik sükanı İlham Əliyevin əlindədir.
Roman Səfərov
Suraxanı RİHB-nin Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi