Azərbaycan müstəqillik əldə etdikdən sonra çox çətin tarixi sınaqlardan keçərək stabillik qazandı. Lakin ərazi bütövlüyünü itirərək uzun sürən danışıqlar prosesinə başladı. Demokratik dövlət olaraq, beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdi. Təəssüflər olsun ki, uzun müddət səbir göstərən xalqımız nəticə görmədiyi üçün haqlı davasını öz gücünə həll etməyə qərar verdi. 44 günlük tarixi müharibədə bütün dünyaya dərs olacaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə yalnız döyüş meydanınıda qazanılmadı. Eyni zamanda siyasi arenada Prezident İlham Əliyevin güclü rəhbər kimi qazandığı əvəzolunmaz qələbə idi. Bəli, Azərbaycan regionda yeni reallıq yaratmış oldu. Artıq biz hamının hesablaşdığı güclü dövlətə çevrildik. Müharibə zamanı bir çox dövlətlər Azərbaycana sonsuz dəstəyini nümayiş etdirərək dostluğunu isbat etdi. Belə qardaş dövlətlərdən biri də Özbəkistandır. İki qardaş tərəfdaş ölkə kimi rəsmi olaraq da müttəfiq oldular. Nəzərə almaq lazımdır ki, qlobal siyasətin mahiyyəti dəyişir. Regional təşkilatlanma özünü daha çox biruzə verməyə başladığı bir zamanda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi əraziyə çevrilir.Təbii ki, bu amil regionda yerləşən ölkələrə olduqca müsbət təsir edir, onların iqtisadi gücünü artırmağa xidmət edir. Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsi üçün olduqca münbit şərait var. Bu faktor iş adamları birlikdə işləməyə və o cümlədən ivestisiya qoymağa sövq edir.Yaradılmış Birgə İnvestisiya Fondu və onu kapitalını artımaq üçün 500 milyon artırılması, 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha da zənginləşdirəcək. Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri, azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəbin açılışı münasibətlərimizin nə qədər dinamik inkişaf etdiyinin göstəricisidir. Təbii ki, bütün bunlar qarşılıqlı inkişafin ilk mərhələsidir. Yeni investisiya proqramlari sənaye, kənd təsərüfatı, turizm biznesi və mehmanxana sahələrini əhatə etməkdədir. Bu investisiya layihələrini reallaşdırmaq üçün daha çox informasiya olmalıdır və bunu üçün lazımi baza formalaşdırılır. Azad olunmuş torparlarımız bu prosesin tərkib hissəsini təkil edir. Nəzərə almaq lazımdır ki, “Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır və 2021-ci ildən bəri yatırılan sərmayələrin ümumi həcmi 10 milyard dollardan az olmayacaq. Yuxarıda sadalanan faktlar bir daha Azərbaycanın iqtisadi, siyasi gücünün ən parlaq nümunəsidir. Xalq olaraq əminliklə deya bilərik ki, Güclü lider Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasi kursu bizi nəinki regionda eyni zamanda dünyanın aparıcı dövlətlərindən birinə çevirəcək.
Məcid Rəsulov
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru