Cümə axşamı, 29 Oktyabr 2026 11:32:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00
Xəbər xətti

Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

22.08.2024 11:11 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub. Bu görüş iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi və hər iki xalqın bir-birinə yaxınlıqlarının göstəricisidir.

İlham Əliyev öz çıxışında ilk ölkə arasında 2022-ci ildə imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannəmədən söz açaraq bildirdi ki, Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Rusiya və Azərbaycan həm müttəfiq, həm dost və qonşu kimi fəaliyyət göstərirlər. İqtisadi-ticari münasibətərdə daim artım müşahidə olunur. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir.

Humanitar əməkdaşlıq sahəsinə də həmişə diqqət yetirilir. Görüşdə təhsil sahəsində olan məsələlərdə müzakirə edildi. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir.

 Rusiyanın aparıcı universitetlərinin iki filialı Azərbaycanda mövcuddur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Eyni zamanda regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edildi. Azərbaycan 44 günlük müharibədən sonra öz suverənliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Görüşdə hər iki ölkə arasında digər mühüm məsələlərdə müzakirə olundu. Nəqliyyat sahəsində, neft-qaz məsələlərində iki ölkə arasında birgə əməkdaşlığın nəticəsi müzakirə olundu. Bildiyimiz kimi, bu ilin noyabr ayında COP 29 Azərbaycanda təşkil olunur. Bununla bağlı olaraq, Xəzərdə baş verən ekoloji vəziyyətlə bağlı müzakirələrə aparıldı. Xəzərin dayazlaşması hər iki ölkəni narahat edən məsələdir. Bununla əlaqədar olaraq, ekoloji fəlakətin qarşısını almaq üçün hər iki ölkə vəziyyəti birgə təhlil etməli, həll yolunu birgə tapmalıdılar.

Keçirilən bu görüş və müzakirə olunan məsələlər Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edir.

Abdulla Məmmədov

Zığ bələdiyyəsinin sədri

↑