Cümə axşamı, 29 Oktyabr 2026 10:46:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00
Xəbər xətti

Gənclərin idmana maraqları artır

16.08.2024 15:03 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Olimpiadanın tarixinə nəzər yetirdikdə qədim Yunanstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletləriin yarışı keçirilirdi. Elə bu səbəbdən ən böyük,  ən təntənəli və məşhur idman yarışları Olimpiya şəhərində Zevsin şərəfinə təşkil olunurdu. Ona görə də həmin oyunlar Olimpiya Oyunları adlanırdı. Yunanstanda bu ən böyük bayram hesab olunurdu və hər 4 ildən bir (1417 gün)  keçirilirdi.

          Klassik dövr (e.ə.V-IV əsrlər) Olimpiya oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçış, nizə və disk tullaması, uzununa tullanma, güləş) həmçinin incəsənət müsabiqələri və sairə daxil idi.

          Lakin müasir Olimpiya Oyunlarının tarixin sınağından keçərək bugünki günə gəlib çatmasında ən böyük rol fransız pedaqoq Baron Pyer de Kubertenə məxsusdur. Tarixi araşdırmalarda yer alan mənbələrə əsasən, o bu zaman Olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.

          Azərbaycanda idmana ölkə rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı hiss olunub. Bu məqsədlə Bakıda və digər regionlarda iri  idman, Olimpiya kompleksləri inşa edilir, müxtəlif yüksək standartlara uyğun beynəlxalq turnirlər,  yarışlar təşkil olunur.

          “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 48 idmançımız 15 idman növü üzrə 17 proqramda uğurla çıxış etmiş, milli komandamızın yeddi üzvü müxtəlif əyarlı medallara layiq görülmüşdür. Cüdo, boks, taekvondo, Yunan-Roma güləşi, sərbəst güləş üzrə 2 qızıl, 2 gümüş, 3 bürünc medal medal qazanılıb.

Olimpiya oyunlarındakı uğurlarımız  bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir. Təsadüfi deyil ki, ölkəmiz Olimpiya Oyunlarında iştirak edən 30 ən güclü dövlət arasında yer alıb. İdmançılarımızın uğuru hamımızın sevincidir, qürurumuzdur.

Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini

↑