Yaşadığımız dünyada hər bir insanın tutduğu mövqe, vəzifə, iş və peşə nəticə əldə etməkdən ötrü zəhmət tələb edir. Nəticə o vaxt müsbət və uğurlu olur ki, əzmlə hədəfə doğru irəliləyəsən. Yorulmadan, usanmadan, gecəni gündüzə qata biləsən. Belə peşə sahiblərindən biri də idamançılardır. İdmançılar hər bir yarışda, olimpiya oyunlarında yüksək nəticə əldə etməkdən ötrü çox böyük əzmkarlıq göstərərək məşq edirlər, hazırlaşırlar və uğur əldə etdikdə isə ən böyük qürur hissini özlərinə, ailəsinə, dövlətinə, Prezidentinə, millətinə yaşadırlar. Çünki böyük şərəflə, milli atributumuz və dövlət rəmzimiz olan olan üç rəngli bayrağımızı xarici ölkədə ucaldaraq, himnimizin oxunmasına səbəb olurlar, eyni zamanda yerdən və məkandan asılı olmayaraq ,himn ifa olunarkən, bir nəfər kimi həmin oyunlarda iştirak edənlərin və tamaşaçıların ayağa qalxaraq, ehtiramla o himnə qulaq asmağına səbəbkar olurlar.
Belə idmançılar həmin o olimpiya oyunlarına qədər bir ailənin, bir nəslin övladı, nümayəndəsi olurlarsa, yarışda qalib olandan sonra hər birimizin qəhrəmanına, dövlətinin övladına çevrilirlər. Məhz elə bunun nəticəsidir ki, hər zaman öz milli-mənəvi dəyərlərinə, xalqına, torpağına, vətəndaşına, şəhidinə, itkininə dəyər verən Prezidentim Cənab İlham Əliyev öz idmançısına da dəyər verərək, bu uğurdan sonra yüksək və ali mükafatları onlara verməyi bacarır! Dövlət başçımızın idmançılara verdiyi maddi və mənəvi dəyər, dəstək onların və yeni nəsillərin idmana olan marağının artmasına və motivasiyasının güclənməsinə səbəb olur.
Həyatda oyunlar müxtəlif olur… Oyunda hər zaman udan və uduzan tərəflər var… Bu qaydaları bilərəkdən hər hansısa bir idmançının udub və yaxud uduzmağı təbii haldır və bağışlanandır. Lakin nəzərə alsaq ki, 14 avqust tarixində 33-cü Paris Yay Olimpiya Oyunlarında idmançılarımızın dünyanın ən güclü 30 ölkəsinin arasında, iki qızıl, iki gümüş və üç bürünc medal alması bizlərə fəxarət hissi yaşadır.
Bildiyimiz kimi İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerdə qərarlaşıb. Məhz həmin bu uğurun Parisdə nəticələnməsi, bir daha Azərbaycanın idman sahəsində də güclü dövlət olduğuna bir mesaj oldu. Bizim idmançılarımızın beş idman növündə, cüdo, boks, taekvondo, yunan- roma güləşi, sərbəst güləş üzrə medallar qazanması, Azərbaycan idmanının hər tərəfli inkişafından xəbər verir.
Dövlətimizdə idmanın özülünün daha möhkəm qoyulması 20-ci əsrin sonlarında İlham Əliyev Cənablarının idmana olan qayğısından irəli gəlib. Uzaqgörən, Güclü Lider, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev Cənabları, Yeni Azərbaycanın xoşbəxt gələcəyi naminə, bütün məqsədlərdə hədəfə doğru irəliləyərək, idman sahəsində də zamanında düzgün qərarlar verib, fəallıq göstərdiyindən, indiki dövrdə idmançılarımızın əldə etdikləri nailiyyətlər, birbaşa Prezidentimizin böyük, səmərəli və məhsuldar yolunun nəticəsidir.
Bu gün biz qalib dövlət kimi, dünyaya özümüzü sübut etdiyimiz kimi, qalibiyyət əldə edən idmançılarımız da, dövlətimizin idman sahəsində zəfər əldə etmiş qəhrəmanlarıdır!
Cəmilə Ağayeva
Əmircan Bələdiyyəsinin sədri