Cümə axşamı, 29 Oktyabr 2026 10:46:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00
Xəbər xətti

Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik

16.08.2024 12:58 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Qədim Yunanıstanda ilk dəfə e.ə 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Sonradan bu yarışlar ənənə şəklini almağa başladı. Bütöv Roma İmperiyasının sonuncu imperatoru Feodosi Olimpiya oyunlarını  qadağan edir. Olimpiya oyunları bir də 1896-cı ildə bərpa edilir. Azərbaycan idmançıları Olimpiya oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər. Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya oyunlarına idmançı göndərib.

Olimpiya oyunları elə bir sahədir ki, orada insanın imkan və kamilliyinin sonsuzluğu sübut olunur. Müasir Olimpiya Oyunlarını başqa yarışlardan fərqləndirən ən ümdə cəhət onun idman, ictimai-siyasi, iqtisadi və mədəni fenomenləri özündə birləşdirmək keyfiyyətidir. Oyunlar hər hansı bir ölkədə keçirilməsindən asılı olaraq həmin ölkənin özünəməxsusluğu və koloriti prinsipinə əsaslanır.

Sonuncu Olimpiya oyunları 2024-cü ilin iyulun 26-da başlamış, avqustun 11-nə qədər davam etmişdi. Yarışda 200-dən çox ölkədən atletlər 329 medal uğrunda mübarizə aparmış, onlar 32 idman növü üzrə yarışmışlar.

Azərbaycan millisi bu yarışda 48 idmançı ilə təmsil olunmuşdur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış etmiş, Azərbaycan bu oyunlarda 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanaraq 30-cu yerdə qərarlaşmışdı. Ölkəyə qızıl medalları cüdo yarışlarının iştirakçıları gətirib: Hidayət Heydərovla (73 kiloqram) Zelim Kotsoyev (100 kiloqram) qızıl medal qazanıblar. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etmişdir. Dövlət başçısı qazandıqları gözəl qələbə münasibətilə idmançıları təbrik etmiş, Azərbaycanı ləyaqətlə təmsil etdiklərinə, Azərbaycan bayrağını ucaltdıqlarına görə, xalqımızı sevindirdiklərinə görə onlara təşəkkür etmişdir.

Cənab Prezident  qeyd etmişdir ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verən ölkə başçısı bildimişdir ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.

Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

Gülnarə Hənifəyeva

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

↑