Şənbə, 14 Noyabr 2026 05:17:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
14 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulmağa hazırlaşır (FOTO)13.11.2026 21:00 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli13.11.2026 18:00 Məktəblərdə payız tətili başlayır13.11.2026 15:00 Müəllimlərə yeni qadağalar13.11.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)13.11.2026 09:00 Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər12.11.2026 21:00 Azərbaycan və Türkiyə arasında təlim-tədris üzrə yekun protokol imzalanıb (FOTO)12.11.2026 18:00 Azərbaycanda buzlaqların sahəsi azalır – Teymur Musayev açıqladı12.11.2026 15:00 Gələn il mediaya 68 milyon manat ayrılacaq12.11.2026 12:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 Azərbaycan UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulmağa hazırlaşır (FOTO)13.11.2026 21:00 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli13.11.2026 18:00 Məktəblərdə payız tətili başlayır13.11.2026 15:00 Müəllimlərə yeni qadağalar13.11.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)13.11.2026 09:00 Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər12.11.2026 21:00 Azərbaycan və Türkiyə arasında təlim-tədris üzrə yekun protokol imzalanıb (FOTO)12.11.2026 18:00 Azərbaycanda buzlaqların sahəsi azalır – Teymur Musayev açıqladı12.11.2026 15:00 Gələn il mediaya 68 milyon manat ayrılacaq12.11.2026 12:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00
İdman

İdmançımız Avropa çempionu oldu

20.06.2024 18:30 · 72 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

“Qafqazinfo” xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha ikisi – Allahverdi Qaragözov və Aslan Əmiraslanov körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 89 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. 

Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.

Aslan Əmiraslanov isə böyük uğurla yadda qalıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalçısı olub.

O, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bütün rəqiblərini üstələyib.

Aslan toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.

↑