Cümə axşamı, 29 Oktyabr 2026 10:09:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00
Xəbər xətti

Ermənistanda şəhəri su basdı –  232 nəfər təxliyə edildi

26.05.2024 16:43 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ermənistanda xilasedicilər ölkənin şimalında su basmış ərazilərdən 232 nəfəri təxliyə edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda bir ölüm faktı məlumdur. Hadisə yerində 320-dən çox xilasedicisi işləyir. Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb.

Yüzlərlə sakinin evi su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb.

Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, qısaqapanma nəticəsində partlayış baş verib.

***

11:20

Ermənistan Daxili İşlər Nazirliyi Debed çayında daşqın nəticəsində baş vermiş hadisələrlə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub, Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb, “Opel” markalı minik avtomobili çaya düşüb və ehtimal edilir ki, bir nəfər nəqliyyat vasitəsində olub.

Bundan başqa, Alaverdi şəhərində su basmış evlər və tövlələr mövcuddur. İlkin məlumata görə, yaşlı kişi çaya düşüb, axtarış-xilasetmə işləri davam etdirilir.

↑