Cümə axşamı, 29 Oktyabr 2026 09:20:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00
Xəbər xətti

Vitse-spiker Adil Əliyev: “Avropa dövlətləri ilə münasibətlərdə yeni mərhələ”

13.05.2024 17:13 · 4 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Keçdiyimiz həftə rəsmi Bakı üçün bir sıra tarixi hadisələrlə yadda qaldı. Avropa dövlətlərinin başçılarının ölkəmizə səfərlərləri imzalanmış sənədlər, Prezident İlham Əliyevlə keçirilən görüşlər və müzakirələr olduqca vacib məsələlərin həllinə fokuslanmışdı.

İlk olaraq Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun səfəri zamanı müxtəlif məsələlərlə əlaqədar keçirilmiş görüşdən hər iki tərəf məmnun idi. Həm də bu səfər zamanı açıq-aşkar Avropada Azərbaycanın yaratmış olduğu müsbət imic və bu gün aparılan antiazərbaycan siyasətinə önəmli dərs idi. Slovakiya ilə imzalanmış vacib sənədlərin əsas hədəfi məhz müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə fokuslanmışdır. Bu gün Azərbaycan dünyadakı yeri və rolu hər kəsə məlumdur. Müasir silahlardan istifadə etməklə qazandığı İkinci Qarabağ müharibəsini masada da uğurla davam etdirdi və nəticədə dünya hərb tarixində özünəməxsus yer tutdu. Məhz müasir silah arsenalı ilə təchiz olunmuş rəşadətli ordunun peşəkar hərbi qulluqçuları ildırım sürətli antiterror tədbirləri zamanı bir daha qüdrətimizi nümayiş etdirdi.
Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın güclənməsi, birlikdə istehsal müəssisələrinin yaradılması istiqamətində atılan addımlar öz effektiv nəticəsini verməkdədir. Səfər zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə gələcək münasibətlərə zəmin rolunu oynayacaqdır. İşğaldan azad olunmuş Ağdam rayonunun Qərvənd kəndində “ağıllı şəhər” və “ağıllı kənd” kimi layihələrin Slovakiya tərəfindən icra olunması həm də dostluğumuzun rəmzidir.
Eləcə də, cari ayın 8 may tarixində Bolqarıstanın Prezidenti Rumen Radev ölkəmizə səfər etdi. Dövlət başçılarının görüşlərində dostluq, əməkdaşlıq, tərəfdaşlıq kimi məsələlər müzakirə olundu. Eləcə də, birgə tranzit əlaqələrinin qurulması və Orta Dəhlizin eləcə də ölkəmizin bu daşımalardakı strateji əhəmiyyəti qeyd olundu.
Bəs ümumilikdə bu görüşlər bizə yaxın və uzaq perespektivdə nələr vəd edir?
Birincisi, Avropa dövlətlərinin ölkəmizlə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəltməsi və əməkdaşlıq münasibətləri ölkəmizin vacibliyini dünyaya eləcə də Avropaya bir daha nümayiş etdirir. Bu həm siyasi sahədə alacağımız dəstəklə bərabər, həm də iqtisadi, ticarət və başqa sahələrdə faydalıdır. Azərbaycanın bu il COP-29-a ən yüksək səviyyədə hazırlığı və tədbirin keçirilməsi üçün bütün imkanlarının səfərbər edilməsi onu deməyə əsas verir ki, rəsmi Bakı növbəti dəfə Avropanın diqqət mərkəzindədir.
İkincisi, bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısı və tərəfdaşıdır. Baş verən hadisələrin fonunda Azərbaycan qazının Avropaya çatdırılması, təchizat halqasına yeni üzv ölkələrin əlavə olunması ölkəmiz üçün vacibdir. Belə ki, bu gün Bolqarıstan qaz təchizatının 50%-ni Azərbaycan həyata keçirir, 2022-ci ilə münasibətdə 2023-cü ildə qaz təchizatı iki dəfə artıb. Bu həm iqtisadi cəhətdən faydalıdır, həm də Avropa onun enerji təhlükəsizliyinin qarantı olan Azərbaycanın önəmini artırır.
Üçüncüsü, gündəlikdə xüsusi yer alan “yaşıl enerji” məsəsli həm ölkəmiz həm də dünya üçün olduqca aktual bir sahədir. Məhz rəsmi Bakının COP-29-a evsahibliyi etməsi, ekoloji fəallığı təmin etməsi və eləcə də ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində atdığı bütün addımlar geniş şəkildə təhlil edilir. Məhz belə bir tədbirin dünya ölkələrinin yekdil qərarı əsasında Bakıda keçirilməsi qazandığımız imicin əyani sübutudur.

↑