Cümə axşamı, 15 Oktyabr 2026 09:40:55 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

10.04.2024 10:31 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.

RUBİN.AZ  axar.az-a istinadən bildirir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.

O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.

Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.

↑