Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qənirə Paşayeva Vətən müharibəsinin şəhidləri Rəşad Şiriyev, Rəsul Sadıqov və Əkbər Hüseynovun anaları ilə görüşüb
  • Mədəniyyət

Qənirə Paşayeva Vətən müharibəsinin şəhidləri Rəşad Şiriyev, Rəsul Sadıqov və Əkbər Hüseynovun anaları ilə görüşüb

rubinroot Noyabr 24, 2022
316041422_1770565459966563_2375693442715282595_n

Millət vəkili, MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Vətən müharibəsinin şəhidləri Rəşad Şiriyev, Rəsul Sadıqov və Əkbər Hüseynovun anaları ilə görüşüb.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə növbəti vətəndaş qəbulu günü Vətən Müharibəsinin şəhid əsgərləri –“Vətənə xidmətə görə” ordeni və bir neçə medalla təltif olunmuş Rəşad Şiriyevin anası Səadət Şiriyeva, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Əkbər Hüseynovun anası Tahirə Hüseynova ilə görüşüb.

Şəhid əsgərlərin anaları ilə ətraflı söhbət edən Q.Paşayeva, onların ürək sözlərini dinləyib, igid əsgərlərimizin həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssasiyyətindən söz açıb, bu həssasiyyətin hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu üçün də əsil örnək olduğunu deyib. Q.Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün unudulmaz görüş olduğunu bildirib, şəhid əsgərlərimizin əziz ruhuna dərin ehtiramını yetirib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Онлайн казино 300 https://royalhalls.com/ Первоначальный взнос Преимущество
Next: Avropada müəllimə ən yüksək maaş verən ÖLKƏLƏR – STATİSTİKA

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.