Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Q.Paşayeva S.Babullaoğlu, AYB İdarə heyətinin üzvü, Prof.Dr. R.Kamal və Ç.Ələsgərlini yubileyi münasibəti ilə təbrik edib
  • Mədəniyyət

Q.Paşayeva S.Babullaoğlu, AYB İdarə heyətinin üzvü, Prof.Dr. R.Kamal və Ç.Ələsgərlini yubileyi münasibəti ilə təbrik edib

rubinroot Noyabr 19, 2022
314633710_5536974076357204_6033544459986690630_n

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva AYB-nin katibi S.Babullaoğlu, AYB İdarə heyətinin üzvü, Prof.Dr. R.Kamal və Akademik Milli Dram Teatrının Ədəbi Dram Hissəsinin rəhbəri, AYB üzvü Ç.Ələsgərlini yubileyi münasibəti ilə təbrik edib.

RUBİN.AZ  xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-tərcüməçi, esseist Səlim Babullaoğlu, AYB İdarə heyətinin üzvü, ədəbiyyatşünas və esseist Prof.Dr. Rüstəm Kamal və Akademik Milli Dram Teatrının Ədəbi Dram Hissəsinin rəhbəri, AYB üzvü Çingiz Ələsgərli ilə görüşüb və onları (müvafiq olaraq 50, 60 və 70 illik) yubileyləri münasibəti ilə təbrik edib. Milli Məclisdə baş tutan görüşdə yubilyarların yaradıcılıq uğurları və planları ilə tanış olan Komitə sədri, onlara yeni yaradıcılıq uğurları diləyib, ürək sözlərini bölüşüb. Q.Paşayeva S.Babullaoğlu, R.Kamal və Ç.Ələsgərliyə Mədəniyyət Komitəsi adından Təbriki məktubu təqdim edib. Məktublarda yaradıcı aydınların həyat və fəaliyyətininin ən ümdə məqamları, ədəbi uğurları vurğulanıb. Yazarlar öz kitablarını imzalayaraq Q.Paşayevaya bağışlayıb. Görüşdə ədəbi-mədəni həyat, tərcümə məsələləri, ədəbi nəşrlər, teatr, dramaturgiya, müəyyən ədəbi layihələr mövzusunda və b. uyğun mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İdmançımız Bolqarıstanda qızıl medal qazandı
Next: Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.