MM Mədəniyyət komitəsinin dəstəyi ilə Əməkdar elm xadimi Prof.Dr. Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” 10 cildliyinin və yeni çıxmış digər kitablarının təqdimat və imza mərasimi keçirilib.
Rubin.az xəbər verir ki, mərasim Vlll Beynəlxalq Kitab Sərgisi çərçivəsində Ekspo Mərkəz”in “NATƏVAN” Təqdimat zalında baş tutub.
Mərasim çərçivəsində elm, təhsil, maarif, türkologiya, ədəbiyyat, mədəniyyət və digər yaradıcıliq sahələri uzrə fikir mübadiləsi aparılıb.
Q.Pasayevin adı ilə sıx bağlı olan Azərbaycan İraq-türkmanşünaslığı (başqa sozlə, Kərkükşünaslıq məktəbi) ilə bağlı da fikir mübadiləsi aparılıb.
Prof.Dr. Şirindil Alışanov, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və digər çıxışçılar Qəzənfər Paşayevin həyat və yaradıcılığının ayrı-ayrı məqamlarına toxunub, ürək sözlərini bölüşüb
Qeyd edək ki, professor Paşayevin kitablarının satışından əldə olunan bütün gəlir “Məktəblərə kitab bağışı” kampaniyasına və uzun illərdir sonsuzluq problemindən əziyyət çəkən 4 ailəyə övlad sevinci bəxş etmək üçün onlara bağışlanılacaq.
Q.Paşayev təqdimat və imza mərasiminə qatılan, onun həyat və yaradıcılığından söz açan, eləcə də, xeyirxah aksiyaya dəstək verən ziyalılara təşəkkür edib, ürək sözlərini bölüşüb.