Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib
  • Elm

Müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib

rubinroot Fevral 12, 2019
1491600533-1433

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən “Rubin.az”-a verilən məlumata görə, elan üzrə 15 dövlət orqanında olan inzibati dövlət qulluğu vəzifələrinə aid 308 (A növü üzrə 26 vəzifə, B növü üzrə 282 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 472 namizədlə 996 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsində məsləhətçi (1 vakant yer üzrə 44 namizəd), Dövlət Mülki Aviasiya Agentliyinin inzibati sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 77 namizəd), Dövlət Avtomobil Nəqliyyatı Xidmətində məsləhətçi (1 vakant yer üzrə 64 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin fevralın 18-dən aprelin 4-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Rektor qalmaqal yaşadığı xanım dekanı işdən çıxardı
Next: İlham Əliyev Beyləqan rayonuna səfərə gedib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.