22 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Binəqədi Gənclər Evi” sosial-xidmət müəssisəsində 11-ci qrant müsabiqəsinin qalibi Aslan Aslanovun “Sağlam Yaşam” adlı layihəsinin açılış mərasimi və təlimi keçirilmişdir. “Rubin.az” xəbər verir ki,tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aslan Aslanov Azərbaycan Respublikası Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Növbəti çıxış üçün söz YAP Binəqədi rayon Təşkilatı Gənclər birliyinin sədri Fasli Nabiyeve verildi. O, layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb. Layihədə məktəblilər iştirak etmişdir. Çıxışlardan sonra isə təlimçi, Azərbaycan Respublikası Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, cənab Asif Sayadov “Sağlam həyatın qaydaları”, “Sağlam yaşamaq üçün nələr etməli” mövzuları ətrafında tədbir iştirakşıları ilə fikir mübadiləsi aparmışdır. O, layihə çərçivəsində iştirakçılara geniş məlumat vermiş, sağlam yaşam tərzi barədə öz dəyərli fikirlərini iştirakçılarla bölüşmüşdür. Sonra iştirakçıların sualları dinlənilmiş və cavablandırılmışdır.
Təlimdə fərqlənən bəzi iştirakçılar sertifikatla təltif olunmuşdur.