Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Q.Paşayeva Tovuzda ön cəbhədə əsgər və zabitlərlə görüşüb-FOTO+VİDEO
  • Mədəniyyət

Q.Paşayeva Tovuzda ön cəbhədə əsgər və zabitlərlə görüşüb-FOTO+VİDEO

rubinroot İyun 27, 2022
289911424_1383619652113999_7863089339714845720_n
MM Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Tovuzda ön cəbhədə əsgər və zabitlərlə görüşüb, onları 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
RUBİN.AZ xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda yerləşən “N” saylı hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüb.
Hərbçilərimizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva, Milli Ordumuzun tarixindən, şanlı səhifələrdən söz açıb, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, bütün Türk dünyasının qürur qaynağı olaraq şərh edib. –
“Azərbaycan Ordusu əcdadımızın hərbi ənənələrini davam və inkişaf etdirərək, günümüzdə dünyanın güclü orduları sırasında özünəməxsus mövqeyə sahibdir.
Ölkə Prezidenti İlham Əliyevin başçılığı ilə şanlı Ordumuz 44 günlük müharibədə düşmən ordusunu darmadağın edərək, tarixi Zəfərə imza atdı. Fədakar əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına, şəhidlərimizin canı bahasına bütün dünya Azərbaycanın ləyaqətli Zəfərinə şahid oldu. Himnimizdə deyildiyi kimi,
“Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu”!
44 gün içində ardıcıl surətdə fərqli ünvanlardan müxtəlif təzyiq və təhdidin olmasına baxmayaraq, Müzəffər Ali Baş Komandanın timsalında Azərbaycan öz haqq yolundan dönmədi.
Tarixi Zəfər ədalətin bərpası, haqqın nazilsə də, üzülməməsinin daha bir parlaq isbatı oldu!
Mənsub olduğunuz şanlı Ordumuzun qeyri-adi qəhrəmanlıq nümunələri dillərdə dastandır.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın “Milli Müharibə” Kollecinin və “Seton Hall” Universitetinin “Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi”nin analitik nəşrlərində Ordumuzun hərbi taktikası öyrənilərkən belə qənaət hasil olub ki, Azərbaycan Ordusunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Bəli, 44 günlük müharibədə tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərb məktəblərinin proqramlarına, dərsliklərinə salınır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin vacibliyini vurğulayır.
Şanlı Ordumuzla qürur duyuruq!
Bu əziz bayram ərəfəsində əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfalar diləyir, döyüşlərdə iştirak etmiş bütün Vətən oğullarına, siz əziz hərbçilərimizə minnətdarlığımızı bildirirəm”!
Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən, xalq rəssamları Arif Hüseynov və Siruz Mirzəzadə, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin rəhbərı Rauf Rüstəmov, YAP Tovuz rayon şöbəsinin sədr müavini İlqar Kərimov, ictimai fəal qadınlar Vəsilə Abulova, Rəna Əmirəliyeva, Nilufər Lətif və tanınmış rejissor Elnurə Kazımova əsgər və hərbçilərimizə bayram hədiyyələri təqdim edib. Onlar çıxışlarında silahlı qüvvələrimizlə qürur duyduqlarını bildiriblər. Ürək sözlərini bölüşüblər. Tədbirin sonunda rayonun musiqi kollektivləri əsgər və hərbiçilərimiz qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.
Arzu edənlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın çıxışını bu linkdən izləyə bilər:

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək – Kalın
Next: Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ: belə gedərsə… – VİDEO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.