Media Reyestri artıq hazırdır.
Trend xəbər verir ki, bunu Media İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
“Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır”, – deyə N.Məmmədli əlavə edib.
N.Məmmədli media subyektlərinin reyestr-ə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib:
“Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilatı hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq”, – deyə o qeyd edib.