Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Əlibaba Məmmədov I Fəxri Xiyabanda dəfn olunacaq
  • Mədəniyyət

Əlibaba Məmmədov I Fəxri Xiyabanda dəfn olunacaq

rubinroot Fevral 26, 2022
aaa

Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə RUBİN.AZ-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov ötən gün 92 yaşında dünyasını dəyişib.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Rusiyanın desantları daşıyan təyyarəsi vuruldu
Next: Bakıda “Xocalı yürüşü” keçirilir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.