Əməkdar artist Novruz Qartal vəfat edib.
Xatırladaq ki, əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum son günlər xəstə yatağında verdiyi müsahibə ilə gündəm olmuşdu.
Modern.az xəbər verir ki, bu barədə aktyor Əjdər Dadaşov məlumat paylaşıb.
Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
O, “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları ifa edib.
Novruz Qartal Azərbaycanın əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!