Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Q. Paşayeva şəhid Füzuli Rzayevin ailə üzvləri ilə görüşüb
  • Mədəniyyət

Q. Paşayeva şəhid Füzuli Rzayevin ailə üzvləri ilə görüşüb

rubinroot Dekabr 13, 2021
264132854_309597061017829_2759030483147318860_n
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva şəhid Füzuli Rzayevin ailə üzvləri ilə görüşüb

RUBİN.AZ xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzun Hunanlar kəndindən olan I Qarabağ müharibəsi şəhidi Füzuli Ziyadxan oğlu Rzayevin anası Gülbahar Məcid qızı Rzayeva, şəhidin qardaşı oğlu İqbal Rzayev və ailənin vəkili Rəhim Həsənzadə ilə görüşüb. Komitə sədri şəhidin ailə üzvlərini dinləyib, qayğıları ilə yaxından maraqlanıb, əlaqədar dövlət orqanları ilə telefonla əlaqə saxlayıb. Şəhidin ailə üzvləri ilə ürək sözlərini bölüşən Q.Paşayeva deyib:

“Siz, Vətən uğrunda öz canını qurban vermiş şəhidimizin ailə üzvlərisiz. Şəhid ailələrinə ali dövlət rəhbərliyinin diqqət-qayğısı hər birimiz üçün, cəmiyyətimiz üçün bir örnək təşkil edir. Biz Sizə çox minnətdarıq! Şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Biz bu il ilk dəfə Zəfər Gününü keçirdik. Bu Zəfər Bayramı və işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə fərəhi, qüruru ən çox Siz şəhid ailələri haqq edirsiz”.
Komitə sədri şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Pensiyalar dekabrın 15-də ÖDƏNİLƏCƏK
Next: Dönərdən zəhərlənmə hansı səbəblərə görə baş verə bilər?

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.