Cümə axşamı, 15 Oktyabr 2026 11:26:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Türkiyədə Mollalara siqaret çəkmək qadağan edildi

28.01.2019 12:46 · 492 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş siqaretin haram olduğunu bildirib. Bundan sonra siqaret çəkən imamların bu sahədə çalışa bilməyəcəyini açıqlayıb.

“Rubin.az xəbər verir ki,Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Ə.Ərbaşın sözlərinə görə, bu il Həcc və Ümrə ziyarətlərində zəvvarları aparması, bələdçilik etməsi üçün siqret çəkməyən şəxslərə üstünlük veriləcək: “Siqaretin bir çox elm adamı və alim tərəfindən haram olduğu deyilir. Şəxsən mən də bu fikirdəyəm.

Qarşıdakı illərdə siqaret çəkən insanlar imamlar bu sahədə işə qəbul üçün imtahanlara da girə bilməyəcək. Həm imamlarımızın, həm də digər din işçilərinin bu cür vərdişlərdən uzaq durması gərəkdir. Əks halda onlar vəzifələrindən uzaqlaşdırılacaqlar”.

Həmçinin bildirilir ki, Diyanət İşləri rəhbəri siqaret çəkən işçi heyətinə də sanksiya qərarı qəbul edib. Qərarda qeyd edilib ki, siqaret çəkən şəxslərə bu ildən etibarən həcc vəzifəsi verilməsin.

↑