Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Feysbuk gələn həftə adını dəyişdirəcək
  • Mədəniyyət

Feysbuk gələn həftə adını dəyişdirəcək

rubinroot Oktyabr 20, 2021
bcd17b15-c12d-312d-94a2-6432387aa57c_850

Feysbuk şirkəti gələn həftə adını dəyişdirməyi planlaşdırır.

Report-un məlumatına görə, bu barədə “Verge” portalı mənbəyə istinadən xəbər verir.

“Facebook” “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır”, – portalın saytında deyilir.

Feysbukun rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən “metakainat” yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

“Report” xatırladır ki, iyulda Mark Zukerberqin virtual dünya hazırlamaq planlarının ciddiləşdiyi məlum olub. Qeyd edilir ki, istifadəçilər bu dünyada bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə biləcəklər. Şirkət layihə ilə məşğul olacaq komandanı da elan edib, yeni mühəndislərin cəlb olunduğunu açıqlayıb. Avqustda feysbuk, videokonfrans və ya “Oculus VR” qulaqlıqdan istifadə etməklə bağlana bilən virtual “Horrison Workrooms”u təqdim edib.

Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin “Rekordlar” kitabına da düşüb.

Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. Feysbuk messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Qapıçı komanda yoldaşını meydançada döydü – VİDEO
Next: Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.