Cümə axşamı, 15 Oktyabr 2026 11:26:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Koçaryan məhkəməni uddu

21.01.2019 21:06 · 558 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Yerevan Ali Məhkəməsi hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryanın 1in.am saytına qarşı iddiasını təmin edib.

Rubin.az xəbər verir ki,“Qafqazinfo-nun” “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə eks-prezidentin vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib. Onun sözlərinə görə, 1in.am saytında 2018-ci ilun yayında Koçaryanın 2008-ci il aksiyası zamanı iştirakçılara atəş əmrini verməsi və onlara qarşı qadağan olunmuş vasitələrdən istifadə etmək göstərişi ilə bağlı dərc olunmuş yazılar həqiqəti əks etdirmir.

Məhkəmə saytda bununla bağlı gedən yazıların yalan olduğu və portalın təkzib verərək üzr istəməsi haqda qərar çıxarıb. Bundan başqa, sayt Koçaryana təzminat olaraq 400 min dram (852 dollar) ödəyəcək.

Təkzib və üzr mətni məhkəmə qərarından sonra 2 gün ərzində dərc edilməlidi.

↑