Prezident İlham Əliyev Anar Kərimovla bağlı iki sərəncam imzalayıb.
Rubin.az xəbər verir ki, birinci sərəncamda deyilir:
“Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin”.
Dövlət başçısının digər sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilir.