“13-14 avqust tarixlərində qəbul imtahanlarının keçirilməsi gözlənilir”.
“Rubin.az” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.
O bildirib ki, qəbul imtahanlarının da avqust ayında 4 gün ərzində keçirilməsi nəzərdə tutulur: “Dəqiq tarix demək mümkün deyil. Ölkə üzrə vəziyyət hər gün dəyişir. Kontingenti bölüşdürən zaman xəstəliyin yoluxma vəziyyəti nəzərə alınır”.