Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov koronavirusa yoluxub.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin bütün əməkdaşları arasında keçirilən Covid-19 testinin nəticələrinə görə, S.Abbasova ilə N.Hüseynovun cavabları pozitiv çıxıb. Onlar müalicə olunmaq üçün Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.