Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Əmək müqaviləsinin forması ilə bağlı dəyişiklik
  • Rəsmi

Əmək müqaviləsinin forması ilə bağlı dəyişiklik

rubinroot İyun 27, 2020
download

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

“Rubin.az”  xəbər verir ki, məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda nəzərdə tutulmayıb. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqdə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.
Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonuncu deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Daha 517 nəfərdə koronavirus aşkarlandı – 7 pasiyent öldü
Next: DİN sosial şəbəkələrdə təhqir yazanlarla bağlı hərəkətə keçdi – Həbs edilənlər var

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.