“Yekun attestasiyadan keçmiş hesab edilən tələbələrin dövlət imtahanı verib-verməməsi onların istəyindən asılı olaraq dəyişir”.
“Rubin.az” xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov onlayn mətbuat konfransında deyib. Sektor müdiri bildirib ki, buraxılış kursunda təhsil alan tələbə bütün fənlərdən kreditləri qazanıbsa, o, yekun attestasiyadan keçmiş hesab edilir:
“Əgər attestasiyadan keçmiş tələbə ona verilən ümumi orta göstəricidən narazıdırsa, həmin tələbəyə dövlət imtahanında iştirak etmək şansı veriləcək. Bu məsələ buraxılış işi ilə də bağlıdır.
İxtisasından asılı olaraq məsələn, texniki, təbiət, incəsənət, mədəniyyət ixtisaslarında təhsil alan tələbələr üçün buraxılış işi tələb oluna bilər”.