Bazar, 29 Noyabr 2026 16:27:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Rəsmi

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası olub

18.05.2020 20:59 · 450 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib.

“Rubin.az” xəbər verir ki, Şuranın məsul katibi İlqar Orucov iclasın hazırda məzmun ekspertiziyası ərəfəsində olan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi mövzusunda təşkil edildiyini diqqətə çatdırıb.

İclasda Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov da iştirak edib. Bildirilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilir. Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaq, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir.

Qeyd edilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qəbulu artıq başa çatıb, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu grants.edu.az portalı vasitəsilə elektron şəkildə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) layihə təqdim edilib.

Mövzu ilə bağlı İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə rəy və təkliflərini bildiriblər. Müsabiqənin prioritet istiqamətlərini formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qalibləri və onların layihələrinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumi təhsil müəssisələrində tətbiqi və digər tövsiyələr verilib. Eyni zamanda növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə Şura üzvlərinin də cəlb edilməsi təklif edilib.

↑