Bazar, 22 Noyabr 2026 20:23:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Metroda qatarlar yubandı, sıxlıq yarandı – SƏBƏB AÇIQLANDI20.11.2026 19:15
Manşet

Ləğv olunan qurumlarda ixtisara düşən kadrların taleyi necə olacaq?

18.01.2019 14:42 · 684 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dünən prezident İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

“Rubin.az” xəbər verir ki, fərmana əsasən, nazirliklərin tabeliyində olan bir neçə qurum, xidmət və mərkəz ləğv edilib, yeni agentliklərin yaradılması ilə bağlı göstəriş verilib.

Fərmanın 9 və 10-cu bəndlərində göstərilir ki, ləğv olunan dövlət orqanlarında ixtisara düşən kadrlar müvafiq vakant vəzifələr üzrə yerləşdirilməlidir:

9. Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu Fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.

10. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

↑