Cümə axşamı, 15 Oktyabr 2026 14:32:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Rəsmi

Məleykə Abbaszadə ali məktəblərlə bağlı suala da aydınlıq gətirib

07.05.2020 21:23 · 752 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının ikinci mərhələsinin nəticələri əsasında aparılacaq”.

“Rubin.az” xəbər verir ki, DİM rəhbəri Məleykə Abbaszadə bildirib.

O deyib ki, bu il 19 mindən artıq şagird kolleclərə qəbul üçün müraciət edib: “11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu mayın 11-dən iyunun 5-dək davam edəcək. İmtahan iyunda olacaq”.

DİM rəhbəri ali məktəblərlə bağlı suala da aydınlıq gətirib:

“Ali məktəblərə qəbul bu il bir dəfə keçiriləcək. İmtahanlar iyulun 20-dən sonra olacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarına mart-iyun ayında proqramda nəzərdə tutulan mövzulardan sual salınmayacaq”.

Ali məktəblərə sənəd qəbulu mayın 12-dən iyunun 5-dək həyata keçiriləcək.

↑