İmişli Rayon İcra Hakimiyyətinin bu gün vəzifəsindən çıxarılan başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.
“Rubin.az” , Səbail rayon Məhkəməsində V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.
Qeyd edək ki, V.Hacıyev ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
***
V.Hacıyev barəsində istintaqın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmədə V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
V. Hacıyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu(mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.