Cümə axşamı, 15 Oktyabr 2026 15:18:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Rəsmi

Təhsil naziri inklüziv təhsillə bağlı əmr imzaladı

06.05.2020 23:31 · 707 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə Təhsil naziri əmr imzalayıb.

“Rubin.az”  xəbər verir ki, əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) aşağıdakılar tapşırılıb:

Pilot təhsil müəssisələrində – Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qruplarının təşkil olunmasını təmin etmək;

Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini təmin etmək;

Məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etmək;

Təhsil İnstitutu (E.Əmrullayev) pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsini təmin etmək.

İnformasiya şöbəsi (E.Məmmədov) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

↑