Cümə axşamı, 15 Oktyabr 2026 15:18:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Rəsmi

“Məktəblərin açılması real görünmür” – Nazir müavini

30.04.2020 21:44 · 450 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Təhsil sahəsi ən geniş, əhatəli olduğuna görə, yəqin ki, karantin dövründə ilk açılan müəssisələrdən olmayacaq”.

“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib.

Bildirib ki, pandemiya sadəcə Azərbaycanın yox, dünya təhsil sisteminə öz mənfi təsirini göstərib: “1 milyon 600 min şagird, 100 minə yaxın tələbə, təhsil işçiləri tədrisdən kənarda qaldı. Hər bir ölkə vətəndaşı bu təhlükəni yaxşı başa düşür. Biz uşaqlarımızın sağlamlığını düşünməliyik. Təhsil müəssisələrinin nə vaxt açılacağı ilə bağlı sual hamını düşündürür. Dərs ili ay yarımdan sonra yekunlaşmaq üzrədir. Sadəcə olaraq bunu qeyd edə bilərəm ki, indiki dövrdə yəqin ki, təhsil müəssisələrinin açılması haqqında danışmaq tezdir. Dərs ilinin sonuna qədər məktəblərin açılması real görünmür. Biz başa düşürük ki, sosial məsafənin qorunması məktəbdə çox çətin olacaq. Uşaqların sağlamlığını qorumaq üçün bu, real görünmür”.

O qeyd edib ki, əgər tədris proqramları bu və ya digər formada şagirdlərə çatdırılırsa, burada dərs ilinin uzadılmasına heç bir zərurət qalmır: “Yəqin ki, dərs ili öz vaxtında yekunlaşacaq”.

↑