“Təhsil və tədrisin nə zaman bərpa olunması barədə danışmaq hələ tezdir”.
“Rubin.az” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda məsələ müzakirə olunur: “Təhsil və tədrisin bərpa olunması hər zaman gündəlikdədir və müzakirə olunur. Biz hələ virusa qalib gəlməmişik. Hələ qeyri-müəyyənlik qalır. Bu, bizdən asılı olan məsələ deyil”.