Azərbaycanda bir müddətdir koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev də Covid-19-a yoluxub.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun özü şəxsi feysbuk hesabında paylaşım edib. Test cavabının pozitiv çıxdığını bildirən İ.Əliyev vətəndaşlara çağırış edib.
“Dünənə qədər görünməyən qəhrəmanlardan olsam da, artıq mən də bir Covid-19 xəstəsi kimi müalicə alacam. İnsanlar nə qədər ki, rejimə əməl etməyəcək, biz həkimlərin də virusa yoluxması qaçılmaz olacaq” – deyə o, paylaşımında qeyd edib.
İ.Əliyev bununla bağlı İTV-yə də açıqlama verib.