“Ünvanlı sosial yardımların müddəti uzadılacaq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, karantin günlərində ünvanlı sosial yardım müddəti bitən şəxslərin ödənişi alma müddəti avtomatik uzadılacaq: “Karantin müddəti bitənədək onlar yardımı alacaqlar. Bunun üçün narahat olmasınlar. Son günlərdə 30 min insana sosial yardım təyin edilib. Hazırda 7 min ailə, 78 min insan ünvanlı sosial yardım alır”.(Qafqazinfo)