Bazar, 29 Noyabr 2026 18:14:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
İqtisadiyyat

Nazirlikdən 190 manatla bağlı daha bir – Açıqlama

07.04.2020 16:37 · 641 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün nəzərdə tutulan 190 manatla bağlı daha bir açıqlama yayıb.

“Nazirlikdən “Rubin.az”a daxil olan məlumata görə, son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir.

Bununla əlaqədar diqqətə çatdırırıq ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur.

Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir:

Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;
Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;
Sahibkarlar (VÖEN-i olanlar);
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);
Əyani təhsil alan tələbələr
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b.

Məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır. Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.

İşsiz şəxslərin qeydiyyatı elektron sistem – www.e-sosial.az portalındakı “e-xidmətlər” bölməsində “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.

Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədi ilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət QRAFİKi açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Paylaş Tweet Telegram

↑